İdman Özəl

"Beşiktaş"ın rəqibi darmadağın edildi: İlk 10 dəqiqədə 3 qol buraxdılar

Beşiktaşın rəqibi darmadağın edildi: İlk 10 dəqiqədə 3 qol buraxdılar

İngiltərə Premyer Liqasının VII turunda "Brayton" doğma meydanda "Kristal Pelas"ı 5:0 hesabı ilə məğlub edib. UEFA Avropa Liqasında oktyabrın 22-də "Beşiktaş"la qarşılaşacaq London təmsilçisi matçın ilk 10 dəqiqəsində üç qol buraxıb.

Demokrat.az xəbər verir ki, qarşılaşma "American Express" stadionunda baş tutub.

Ev sahibi komanda artıq 4-cü dəqiqədə Ceydi Kanvonun avtoqolu ilə hesabı açıb. Cəmi üç dəqiqə sonra Dieqo Qomes fərqi artırıb, 10-cu dəqiqədə isə Yasın Ayari üçüncü qolu vurub. İlk hissə "Brayton"un 3:0 hesablı üstünlüyü ilə başa çatıb.

İkinci hissədə də üstün oyun nümayiş etdirən meydan sahibləri 49-cu dəqiqədə Xaralambos Kostulasın, 84-cü dəqiqədə isə Cek Hinslvudun qolları ilə yekun nəticəni müəyyənləşdiriblər – 5:0.

"Brayton"un heyətində çıxış edən Türkiyə millisinin futbolçusu Ferdi Kadıoğlu görüşə start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.

Bu qələbədən sonra "Brayton" xallarının sayını 16-ya çatdırıb. "Kristal Pelas" isə 7 xalla kifayətlənib.

Qeyd edək ki, "Kristal Pelas" oktyabrın 22-də UEFA Avropa Liqası çərçivəsində səfərdə "Beşiktaş"la qarşılaşacaq. Oyun İstanbulda, "Tüpraş" stadionunda keçiriləcək.

Jalə