Mədəniyyət Özəl

Orxan Fikrətoğlu: Ədəbiyyatın sənayeləşməsi üçün yeni mühit formalaşdırılmalıdır

Orxan Fikrətoğlu: Ədəbiyyatın sənayeləşməsi üçün yeni mühit formalaşdırılmalıdır

"Mədəniyyət Nazirliyinin komandasının öhdəliyi yeni ədəbi mühitin formalaşdırılması, ədəbiyyatın sənayeləşdirilməsi və kitab prosesinin təkmilləşdirilməsidir".

Bu sözləri Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı təşkil olunan mətbuat konfransında mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu bildirib.

Onun sözlərinə görə, bu çətin vəzifənin məhz indiki dövrə düşməsi müsbət haldır:

"Çünki bu günə qədər ədəbi prosesdə, xüsusilə ədəbiyyatın sənayeləşməsi məsələsində yazıçının, naşirin və kitab sahibinin hüquq və vəzifələri tam şəkildə tənzimlənməyib. Düşünürəm ki, Mədəniyyət Nazirliyinin həyata keçirdiyi islahatlar və atılan addımlar nəticəsində qanunvericilik məsələləri, hüquqi anlayışlar və iqtisadi münasibətlər dövlətçilik zəminində təşkilatlanacaq və tənzimlənəcək. Bu isə tamamilə yeni mühitin, yeni ədəbi həyatın formalaşması deməkdir. Bildiyiniz kimi, Azərbaycan ədəbiyyatının tarixi çox qədimdir. Sadəcə, ədəbiyyat öz-özünə mövcud olmur. Müxtəlif siyasi dövrlərdə ədəbiyyat bu və ya digər formada dəyişikliklərə və aşınmalara məruz qalıb".

Fidan Hacızadə

Editor
Redaktor