Dünya Özəl

Kiyevə raket hücumu: Metro vuruldu, ölən və yaralananlar var

Kiyevə raket hücumu: Metro vuruldu, ölən və yaralananlar var

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə endirdiyi raket zərbələri insan tələfatına və infrastrukturun zədələnməsinə səbəb olub.

Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, oktyabrın 18-nə keçən gecə baş verən hücum nəticəsində 21 yaşlı qadın həyatını itirib, səkkiz nəfər isə xəsarət alıb.

Hücum zamanı paytaxtın sol sahilində yerləşən "Çerniqovska" metro stansiyasının yaxınlığına düşən raket qalıqları relslərə və kontakt relsinə ziyan vurub.

Bundan başqa, Solomyanski rayonunda raket qalıqları 25 mərtəbəli yaşayış binasının birinci mərtəbəsinə və tibb müəssisəsinin ərazisinə düşüb. Dneprovski rayonunda isə qeyri-yaşayış binası da zərbəyə məruz qalıb.

Hücumun şəhərin infrastrukturuna vurduğu ziyanın miqyası ilə bağlı əlavə məlumat verilməyib.

Jalə