Türkiyənin Adana şəhərində yerləşən Çukurova bələdiyyəsində əməliyyat keçirilib. Əməliyyat çərçivəsində bir sıra şəxslər barəsində saxlanılma qərarı verildiyi bildirilir.
Demokrat.az xəbər verir ki, səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları bələdiyyə binasında axtarışlara başlayıblar. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, binada sənədlər yoxlanılıb.
Məlumata görə, istintaq çərçivəsində bələdiyyənin bir sıra vəzifəli şəxsləri barəsində saxlanılma qərarı verilib. Hazırda binada əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, 31 mart 2024-cü ildə keçirilən yerli seçkilərdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Emrah Kozay Çukurova bələdiyyəsinin sədri seçilib. Təqdim olunan məlumata əsasən, o, daha sonra partiyasından ayrılaraq Yeni Partiyaya keçib.
Əməliyyatın səbəbləri, saxlanılan şəxslərin sayı və istintaqın detalları barədə hələlik ətraflı məlumat verilməyib.
Jalə


