Gələn il maaşı arta biləcək şəxslərin sayı 700 mindən çox ola bilər.
Demokrat.az "Xəzər TV"yə istinadən xəbər verir ki, millət vəkili Vüqar Bayramovun sözlərinə görə minimum əməkhaqqının yüksəldilməsi aşağı maaş alanların gəlirlərinə təsir edəcək.
Hazırda minimum aylıq əməkhaqqı 400 manatdır.
Vüqar Bayramov qeyd edib ki, dəyişiklik dövlət idarələrində çalışan, dövlət qulluqçusu olmayan işçilərin vəzifə maaşlarına da təsir göstərəcək.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında orta aylıq nominal əməkhaqqı 1173 manat olub. Bu, ötən ilin eyni dövründən 7,2 faiz çoxdur. Deputatın orta aylıq əməkhaqqının gələcək səviyyəsi ilə bağlı proqnozu da var.
Daha ətraflı videoda:


