Kütləvi informasiya vasitələrində quru sərhədlərin noyabrın 10-dan etibarən açılacağı ilə bağlı məlumatlar yayılıb. Belə ki, sərhədlərin mərhələli formada və təxminən 1 ay müddətində tam şəkildə açılacağı deyilir. Cəmiyyətdə birmənalı qarşılanmayan bu məlumat bəziləri tərəfindən müsbət qarşılansa da, məlumata inanmayanlar da çox olub. Karantin rejiminin ilk dövrlərindən bu günə qədər hələ də qapalı olan quru sərhədlərin açılması ilə bağlı bu məlumat nə qədər realdır?
Milli Məclisin deputatı Fazil Mustafa Manset.az-a açıqlamasında bildirib ki, KİV-də yayılan bu məlumat həqiqəti əks etdirmir və bu qədər yaxın müddətdə də belə bir qərar gözlənilmir:
“Belə bir məlumat həqiqəti əks etdirmir. Bununla bağlı qərar hansısa qərar yoxdur. Lakin bununla bağlı düşünülməlidir. Artıq dəfələrlə qeyd etmişəm ən azından tələbələr, xaricə müalicə almaq məqsədilə gedən şəxslər üçün sərhədlərin açılmasının vacib olduğunu düşünürəm. Amma bu müəyyən qədər də təhlükəsizlik məsələsi ilə bağlı bəzi problemlərin aradan qaldırılmasına kömək edən vasitədir". pizza
Deputat qeyd edib ki, bəzən bu cür məhdudiyyətlər ölkəni daha qlobal təhlükələrdən qoruyur.
“Vətəndaşlar da təhlükəsizlik məqsədilə olduğunu nəzərə alaraq bu məhdudiyyəti anlayışla qarşılamalıdır. Amma bu o demək deyil ki, məhz bu səbəbdən həssas təbəqədən olan insanlar daha çox əziyyət çəkməlidir. Qeyd etdiyim kimi, bu situasiyada tələbələrin və xəstə insanların vəziyyətini də anlamaq olduqca vacibdir. Əks halda bu, daha böyük sıxıntıları özü ilə gətirə bilər”.