Bu ölkədə təyyarə qəzası oldu: Ölənlər var — FOTO

DÜNYA 20 oktyabr 2025, 09:02
Dubaydan gələn “Emirates” şirkətinə məxsus “Boeing 747” yük təyyarəsi Honkonq beynəlxalq hava limanının şimal uçuş zolağına enərkən sürüşərək zolaqdan çıxıb və bir hissəsi dənizə batıb.

Demokrat.az Çin mediasına istinalda xəbər verir ki, yerli vaxtla səhər saat 4 radələrində baş verən hadisə nəticəsində 1 nəfər ölüb.

Təyyarə sürüşüb dənizə düşməzdən əvvəl yerüstü xidmət avtomobili ilə toqquşaraq onu da suyu salıb. Avtomobildə olan bir nəfər hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib. Təyyarənin heyət üzvləri xəsarət almayıb.

Qəza nəticəsində hava limanının şimal uçuş-enmə zolağı qısa müddətə bağlanıb. (AZƏRTAC)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top