Bakının Nəsimi rayonu ərazisində, Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən məktəb-liseyin 6C sinfində şagirdlər arasında baş vermiş insident valideyn Ağayeva Aygülün narazılığına səbəb olub.
Demokrat.az-a müraciət edən valideyn bildirib ki, oktyabrın 17-də dərs zamanı bir oğlan şagird sinif yoldaşı olan qızın üzərinə kağız təyyarə atıb, daha sonra onun jiletindən tutaraq “eynəyini sındıracağam və səni boğub öldürəcəyəm” sözləri ilə hədələyib. Hadisə zamanı qızın bacısı da otaqda olub və vəziyyətə müdaxilə edərək bacısını müdafiə edib.
Valideynin sözlərinə görə, hər iki uşaq qorxu keçirib və müəlliməyə məlumat verib. O, məsələ ilə bağlı dərhal liseyin direktoru İlahə Carçıyevanın qəbuluna gedərək narahatlığını ifadə edib, lakin məktəb rəhbərliyi dərhal tədbir görməyib. Yalnız valideynin israrından sonra oktyabrın 20-də tərəflər məktəbə dəvət olunub.
“Görüş zamanı oğlanın anası kobud şəkildə oğlunu müdafiə etdi və bizi hüquq-mühafizə orqanları ilə hədələdi. Daha sonra o və direktor müavini Naibə Kərimova övladlarımı bizim icazəmiz olmadan başqa sinifə apararaq onlara psixoloji təzyiq göstəriblər, səsyazma apararaq sorğu-suala tutublar,” – deyə valideyn bildirib.
O əlavə edib ki, direktor hadisəyə qeyri-ciddi yanaşıb, “WhatsApp” valideynlər qrupunda isə həmin qadın təhqiredici ifadələr işlədib. Digər valideynlərin etirazından sonra qadın qrupu tərk edib.
Valideyn hesab edir ki, bu hadisə məktəb rəhbərliyinin laqeyd münasibətindən qaynaqlanır: “Son vaxtlar bir çox valideynlər övladlarını bu məktəbdə oxutduqlarına görə peşman olduqlarını deyirlər. Təəssüf ki, rəhbərlik real tədbir görmür.”
O, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edəcəyini və məktəbdə uşaqların təhlükəsizliyinin təmin olunmasını tələb etdiyini bildirib.
Əfsanə Kamal
Demokrat.az