"Ölkədə fəaliyyət göstərən 4400-dən çox təhsil müəssisəsi var. Təssüflər olsun ki, bir çoxunda direktor yoxdur. Bunun səbəbi odur ki, əvvəlki dövrlərdə direktor olmağa maraqlı namizədlər var idi, hazırda isə bir çox şəxs ya repetitorluqla məşğul olmağa üstünlük verir, ya da konkret fənni tədris etməyə üstünlük verir. Ona görə hazırda belə bir vəziyyətlə üzləşmişik".
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. O bildirib ki, Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq sahədə kadrların hazırlanması, o cümlədən sertifikasiya prosesindən yüksək nəticə əldə edən şəxslərin direktor fəaliyyəti göstərməsi ilə bağlı müvafiq müəssisələrə cəlb olunmasına üstünlük verilir:
"Yenə də, şagird sayı 500 və daha çox olan müəssisələrdə hələ də çatışmazlıq mövcuddur. Düşünürəm ki, bunun aradan qaldırılması üçün direktorların maaş məsələsinə baxılmalıdır. Həmçinin onlara bəzi proseslərdə sərbəstlik verməliyik. Hazırda direktorların çoxu qadınlardır, bu da maaş məsələsi ilə bağlıdır".
Cavidan Mirzəzadə
Demokrat.az