Eskişehirdə dələduzluq qurbanı olan azərbaycanlı tələbəyə DƏSTƏK

SİYASƏT 23 oktyabr 2025, 15:58
“Eskişehir Osmangazi Universitetinin İqtisadi və İdarəetmə Fakültəsinin İqtisadiyyat ixtisasında təhsil alan azərbaycanlı tələb Amin Əliyev, təhsil haqqını ödədiyi dövrdə internet üzərindən bir saytda dollar dəyişdirdiyi üçün dələduz dəstənin qurduğu fırıldağın qurbanı olub”.

Bu barədə Eskişehir Azərbaycanlılar Dərnəyi Gənclik Qolu başqanı Əlirza Əlirzayev məlumat verib.

Onun sözlərinə görə, Amin Əliyevin 15.000 TL qarşılığında dollar göndərdiyinə dair qəbz və bank köçürməsi sənədləri mövcud olsa da, hüquq-mühafizə orqanları dələduz şəxsi tapa bilmədiyi üçün Antalya Serik Məhkəməsinin qərarı ilə o, saxlanılmış və hazırda həbsdədir: “Halbuki, Türkiyə Cümhuriyyəti Konstitusiyasının 42-ci maddəsinə əsasən, heç kəsin təhsil hüququ əngəllənməməlidir. Baş verən bu ziddiyyətlər və səhvlər nəticəsində, məhkəmə orqanlarının verdiyi səhv qərarlar ucbatından bir soydaş tələbəmizin təhsil hüququ pozulmuş, imtahanlara iki həftə qalmış haqsız yerə mağduriyyət yaranmışdır”.

Əlirza Əlirzayev Amin Əliyevə dəstək üçün qardaş ölkənin müvafiq qurumlarına müraciət də edib: “Bu ədalətsizliyin tez bir zamanda aradan qaldırılmasını, Amin Əliyevin tutuksuz mühakimə olunmağa davam etməsini və lazım gələrsə, məhkəmə nəticələnənə qədər ölkədən çıxışına qadağa qoyulmasını tələb edirik.

Unutmayaq ki, məhkəmə orqanları tərəfindən günahı sübuta yetirilənə qədər hər kəs günahsızdır. Biz tələbə olan Amin Əliyevə cinayətkar kimi yanaşılmasına və onun həbsinə etiraz edirik”. (Yeniçağ.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 oktyabr 2025, 18:34
Top