Qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq? — AÇIQLAMA

GÜNDƏM 23 oktyabr 2025, 16:24
“Qanunvericilikdə qadın və kişi hüquqları bərabərdir. Bu gün Ordu sıralarında qadınlar həm xidmət edir, həm də hərbi təhsil müəssisələrində təhsil alırlar. Lakin indiki vəziyyətdə qadınların məcburi hərbi xidmətə cəlb olunması nəzərdə tutulmur. Mən də bunu doğru hesab edirəm”.

Bunu Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, qadınlar könüllü olaraq xidmət edə bilərlər, vəzifələrə də təyin oluna bilərlər:

“Lakin onların məcburi hərbi xidmətə cəlb olunmasına ehtiyac yoxdur. Azərbaycan Ordusu qarşısında duran ən çətin vəzifələri artıq yerinə yetirib. Ərazi bütövlüyümüz, sərhəd təhlükəsizliyimiz və suverenliyimiz təmin olunub. Belə olan halda, qadınları məcburi hərbi xidmətə cəld edərək onların həyat tərzinə müəyyən təsirlər göstərməyə ehtiyac yoxdur”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 oktyabr 2025, 19:38
23 oktyabr 2025, 18:34
Top