“2026-cı il yanvarın 1-dən etibarən xaricdən idxal olunan hibrid və elektrik avtomobillərinə tətbiq edilən ƏDV və gömrük rüsumu güzəştlərinin müddəti başa çatır. Bu güzəştlər son illərdə satış həcmini artıraraq ekoloji nəqliyyatın yayılmasına təkan verib”.
Bunu Demokrat.az-a açıqlamasında avtomobil üzrə ekspert Elgiz Mehdiyev bildirib.
O əlavə edib ki, güzəştlərin bitməsi avtomobillərin maliyyətini yüksəldəcək:
“Qiymət artımı, xüsusilə idxal hibrid və elektrik avtomobilləri üçün gözləniləndir. Nəticədə, bəzi alıcılar bu yüksək qiymətlər səbəbindən bazardan çəkilə bilər. Bu isə qısa müddətdə tələbin azalmasına gətirib çıxara bilər. Lakin bazarın uzunmüddətli perspektivində tələbin tam dayanması gözlənilmir. Çünki ekoloji avtomobillərə maraq artmaqdadır və dövlətin ekoloji siyasəti bazara dəstək verir. Satıcılar qiymət artımını birbaşa istehlakçıya yansıtsa da, bazarda hələ də seçim imkanı qalacaq. Elektrik və hibrid avtomobillərin istismarı, yanacaq xərclərinə qənaət baxımından sərfəlidir. Güzəştlərin bitməsi idxalçılar üçün əlavə maliyyə yükü yaradır, amma bazar tarazlığı qorunacaq. Yerli bazarda istehsal olunan ekoloji avtomobillərin də payı arta bilər. Ölkədə ekoloji avtomobil infrastrukturunun genişləndirilməsi uzunmüddətli tələbi stimullaşdıracaq”.
Leyla Turan
Demokrat.az