“Mobil cihazlara həm gömrük rüsumu, həm də aksiz vergisinin eyni anda tətbiqi bazar qiymətlərinə birbaşa təsir göstərə bilər. Yeni vergi yükü idxal olunan cihazların maya dəyərini artıracaq”.
Bunu iqtisadçı Azər Bayramlı Demokrat.az-a açıqlamasında deyib.
O əlavə edib ki, şirkətlər bu artımı kompensasiya etmək üçün satış qiymətlərini yuxarı qaldıra bilərlər:
“Xüsusilə bir ildən artıq müddətdə bir neçə telefon gətirən şəxslər və şirkətlər əlavə xərcə məruz qalacaq. Bu da ölkəyə gətirilən cihazların ümumi sayının azalmasına səbəb ola bilər. Aksiz vergisi əsasən istehlakı tənzimləmək və büdcəyə əlavə gəlir yaratmaq məqsədi daşıyır. Amma elektronika bazarında belə vergi, xüsusilə idxaldan asılı ölkələrdə, qiymət artımına gətirib çıxarır. İstehlakçılar daha ucuz modellərə və ya ikinci əl bazarına yönələ bilər. Bu vəziyyət daxili ticarət dövriyyəsini zəiflədə, qeyri-rəsmi bazarın artmasına şərait yarada bilər. Aksiz məbləğinin sabit yəni 100 manat olması, bahalı modellərdə az, ucuz telefonlarda isə nisbətən çox hiss ediləcək. Bu da daha aşağı qiymətli cihazların əlçatanlığını azalda bilər. Ümumilikdə mobil telefonların qiymətində artım müşahidə olunacağı ehtimalı yüksəkdir”.
Leyla Turan
Demokrat.az