"AMEA-nın həqiqi və müxbir üzvlərinə seçkilər nə vaxt keçiriləcək?" — İsa Həbibbəyli AÇIQLADI

GÜNDƏM 23 oktyabr 2025, 16:02
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvləri vəzifələrinə seçkilər keçiriləcək.

Bu barədə Manset.az-ın baş redaktoru Əli Vəliyevə geniş video müsahibəsində AMEA-nın prezidenti İsa Həbibbəyli məlumat verib.

“Bilirəm, AMEA-nın həqiqi və müxbir üzvləri vəzifələrinə seçkilərin keçirilməsini bir çox professorlar, elm adamları və rektorlar səbirsizliklə gözləyirlər. Mənə də bu barədə tez-tez suallar ünvanlanırdı. Ramiz Mehdiyevin dövründə bu mümkün deyildi. O, seçkilərdə öz iradəsini həyata keçirmək istəyirdi. Sonrakı mərhələdə isə COP29 tədbirinə hazırlıq səbəbindən bunu keçirmək mümkün olmadı.

Bundan başqa, bu seçkilərin təşkili kifayət qədər zaman tələb edən bir prosesdir. 2025-ci ildə Akademiyanın 80 illik yubileyi qeyd olundu, Prezidentin bununla bağlı Sərəncamı vardı və silsilə tədbirlər keçirildi. Buna görə də seçkilərin təşkili mümkün olmadı.

Düşünürəm ki, gələn il bu şərəfli və məsuliyyətli işi həyata keçirə biləcəyik”, – deyə İsa Həbibbəyli bildirib.

Qeyd edək ki, AMEA-nın həqiqi və müxbir üzvlərinin vakant vəzifələrinə seçkilər sonuncu dəfə 2014-cü ildə keçirilib. Akademiyanın müxbir üzvləri aylıq 1300 manat, həqiqi üzvləri isə 2000 manat əməkhaqqı alırlar.

Yaxın günlərdə müsahibənin tam versiyasını Manset.az-da izləyə biləcəksiniz. Müsahibənin bir hissəni təqdim edirik:



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 oktyabr 2025, 18:34
Top