Hibrid və plug-in hibrid avtomobillərə güzəşt LƏĞV OLUNDU

SİYASƏT 23 oktyabr 2025, 16:28
Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olacaq.

Demokrat.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, 2026-cı il yanvarın 1-dən 1 il müddətinə yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı ƏDV-dən azad edilir.

Qeyd edək ki, indiyədək elektrik avtomobillərlə yanaşı hibrid və plug-in hibrid avtomobillər ƏDV-dən azad idi. Yeni qərarla isə 2026-cı ildən bu güzəşt yalnız elektrik mühərrikli avtomobillərə şamil olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 oktyabr 2025, 19:38
23 oktyabr 2025, 18:34
Top