İrəvandan fotolar paylaşdı — FOTOLAR

SİYASƏT 23 oktyabr 2025, 15:20
Məlum olduğu kimi, oktyabrın 21-22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirəsi təşkil olunub.

Demokrat.az xəbər verir ki, sözügedən tədbirdə iştirak edən Azərbaycan nümayəndələri arasında olan Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov İrəvana səfəri ilə bağlı təəssüratlarını paylaşıb.

Feysbuk hesabında paylaşım edən F.Məmmədov uzun illərdən sonra ilk dəfə Azərbaycan təyyarəsinin İrəvanın Zvarnots hava limanında yerə endiyini xatırladıb.

“Görüş yüksək səviyyədə təşkil olunmuşdu və təhlükəsizlik təmin edilmişdi. Tədbir zamanı regionun geosiyasətindən tutmuş cəmiyyətlərimizdə narahatlıq doğuran mövzulara qədər geniş spektrli məsələlər müzakirə edildi. Əlbəttə, İrəvanda gəzmək, hər gün informasiya resurslarında gördüyümüz hər şeyi canlı görmək maraqlı idi”, - o qeyd edib. 








 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top