Bu şəxslər də vergi ödəməli olacaq — DETALLAR

GÜNDƏM 23 oktyabr 2025, 20:01
Fiziki şəxslərə məxsus yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər vergiyə cəlb olunacaq. Layihəyə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.

Bu barədə Demokrat.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib ki, qanundakı yenilik kirayə sövdələşmələrində şəffaflığı artıracaq, vergidən yayınma halları azalacaq:

“Biz bir müddət əvvəl təklif etmişdik ki, kirayə və icarə münasibətlərindən vergilər 14 yox, 7 faiz olsun. Bu ona xidmət edəcəkdi ki, iqtisadiyyat şəffaflaşacaqdı. Hansı ki, vətəndaşlar öz aralarında kirayə razılaşması edir, bunu rəsmiləşdirmirlər. Çünki bu zaman kirayə haqqı artardı və bu, tərəflərə sərf etmir. Ona görə çox vaxt bunlar şifahi razılaşma əsasında olur. Bu zaman vergidən yayınma halları baş verirdi. Belə halların aradan qalxması baxımından qanunda edilən dəyişikliyin müsbət tərəfi var ki, fiziki şəxslərdən alınan vergi 10 faizə endirilib, bu, təqdirəlayiqdir. Bizim təklif qədər deyil, amma 4 faiz azalması müsbət haldır. Bu onu göstərir ki, dövlət kirayə bazarına müdaxilə etmək və kirayə münasibətlərini şəffaflaşdırmaq niyyətindədir”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 oktyabr 2025, 19:38
Top