YapiKredi Müraciət Forması
Dünya

ABŞ İrana nüvə zərbəsi endirəcək? - VİDEO

ABŞ İrana nüvə zərbəsi endirəcək? - VİDEO

Son vaxtlar ABŞ-İran qarşıdurmasında bir-biri ilə əlaqəli üç proses müşahidə olunur. bunlardan birincisi, ABŞ-də aralıq seçkidən sonra İrana qarşı əvvəlkilərdən daha güclü zərbələri, o cümlədən taktiki nüvə silahından istifadəni ehtiva edən müharibənin başlayacağı bildirilir.

Demokrat.az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.

"Eyni zamanda, İranın gözlənilən müharibəyə hərtərəfli hazırlıq gördüyü barədə xəbərlər yayılır və bu kontekstdə İranın ali rəhbəri Müctəba Xameneyinin ABŞ-nin mümkün yeni hücumuna heç bir coğrafi məhdudiyyət tanımadan qətiyyətli cavab verilməsi barədə göstərişi xüsusilə müzakirə olunur.

İkincisi, İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampı İrana qarşı hərbi əməliyyatlara yenidən başlatmağa inandırmağa çalışması barədə məlumatlar yayılır.

Üçüncüsü, yaranmış təhlükələri nəzərə alaraq, İranda nüvə doktrinasının dəyişdirilməsi, hətta nüvə silahının əldə olunması ilə bağlı çağırışlar artıq təkcə radikal dairələrdə deyil, rəsmi informasiya platformalarında, parlamentdə və dini-siyasi institutlarda da səsləndirilir.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi noyabrın 1-də dövlət televiziyasına verdiyi geniş müsahibədə ilk dəfə bu müzakirənin dövlət səviyyəsində mövcudluğunu açıq şəkildə təsdiqləyib. O, müharibə yenidən başlayarsa, İranın indiki nüvə doktrinasını qoruyub saxlamalı olub-olmadığı barədə müzakirələrin getdiyini bildirib.

Bütün bunlar hələ ötən ay Donald Trampın İrana qarşı nüvə silahından istifadəni istisna etməsi ilə bağlı açıqlamasına rəğmən baş verir. Belə ki, Tramp "Newsmax" telekanalına müsahibəsində bildirib: "Mən nüvə silahından istifadə etməzdim. Buna ehtiyacımız yoxdur. Biz dünyanın ən böyük nüvə gücüyük". Jurnalistin taktiki nüvə silahı barədə sualına cavabında da Tramp buna lüzum olmadığını söyləyib", - süjetdə qeyd olunur. (oxu.az)

NE
Nihadə Eyyubova