YapiKredi Müraciət Forması
Sosial

12 yaşlı Mələk iki gündür itkin düşüb: "Kameraya baxmağa icazə vermirlər" - FOTOLAR

12 yaşlı Mələk iki gündür itkin düşüb: Kameraya baxmağa icazə vermirlər - FOTOLAR

Abşeron rayonunun Xırdalan şəhərində 12 yaşlı qız evdən çıxıb və geri qayıtmayıb.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Uşağın atası Zakir İmanov bildirib ki, qızı Mələk noyabrın 2-də saat 19:35-də "Kristal 1" yaşayış kompleksindəki evindən çıxıb və sonra ondan xəbər alınmayıb.

Valideyn polisə müraciət etdiyini də deyib: "Həyətdə iki kamera var. Amma xalçayuma məntəqəsinin qarşısında olan kamera görüntüsünə sahibi baxmağa icazə vermir", - deyə o bildirib.

Qeyd edək ki, uşağın bir qolunun olmadığı bildirilir. O, dükana getmək eçün evdən çıxıb. O da qeyd edilib ki, qızın atası Zakir İmanov müharibə iştirakçısı olub.

Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbut xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, yeniyetmə barədə axtarış elan olunub:

"Polis tərəfindən itkin düşmə kimi axtarışa elan edilmiş şəxsin yerinin müəyyən olunaraq tapılması istiqamətində tədbirlər görülür"

12 yaşlı Mələk iki gündür itkin düşüb: Kameraya baxmağa icazə vermirlər - FOTOLAR

12 yaşlı Mələk iki gündür itkin düşüb: Kameraya baxmağa icazə vermirlər - FOTOLAR

NE
Nihadə Eyyubova