YapiKredi Müraciət Forması
Şou-biznes

"Efirə iynə vurdurub gəlmişəm, ağrıyıram"

Efirə iynə vurdurub gəlmişəm, ağrıyıram

Əməkdar artist Səlim Abbasov futbol oynayarkən zədələnib.

Bu barədə skripka ifaçısı "Xəzər axşamı" verilişində danışıb. O, dostları ilə matç zamanı komanda üzvlərindən biri ilə toqquşduğunu bildirib:

"Kürəyim və boynum ağrıyır. Gecəni səhərə qədər yatmamışam. Həkim çağırdım, iynə vurdu. Səhər də o vəziyyətdə konservatoriyaya dərsə getdim. Efirə də iynə vurdurub gəlmişəm. İndi də ağrı var, amma çalışıram ki, fikrimi ora verməyim"(axşam.az)

NE
Nihadə Eyyubova