Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısının birinci müavini Natiq Nağıyev vəzifəsindən azad edilib.
Demokrat.az Unikal-a istinadən xəbər verir ki, o, yeni icra başçısı Hacıbaba Babayevin müvafiq əmri ilə işdən çıxarılıb.
Qeyd edək ki, Natiq Nağıyev öz ərizəsi ilə vəzifəsindən ayrılıb. O bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu.



