YapiKredi Müraciət Forması
Sosial

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

Paytaxtın Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində sabah qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Demokrat.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar noyabrın 4-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai və Suraxanı rayonlarının bir sıra küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

NE
Nihadə Eyyubova