Bəzi insanlar öz istəklərini rahatlıqla dilə gətirsə də, bəziləri qarşı tərəfi incitməmək üçün hər zaman geri addım atmağa üstünlük verir. Astroloji yanaşmaya görə, başqalarının xoşbəxtliyini öz istəklərindən üstün tutan və sevdiklərini üzməmək üçün fədakarlıq edən 3 bürc var.
Xərçəng
Astrologiyada həssas, qayğıkeş və ailəsinə bağlı olması ilə tanınan Xərçəng bürcü ətrafındakı insanların xoşbəxtliyinə xüsusi önəm verir. Bu bürcün nümayəndələri öz seçimləri olsa belə, qarşı tərəfin xətrinə dəyməmək üçün istəklərindən vaz keçə bilirlər. Hətta gündəlik qərarlarda belə seçimi başqalarına buraxmağa üstünlük verirlər.
Tərəzi
Harmoniya və tarazlığı sevən Tərəzi bürcü mübahisələrdən və gərgin münasibətlərdən uzaq durmağa çalışır. Ətrafındakı insanların bir-biri ilə yaxşı münasibətdə olması onun üçün vacibdir. Buna görə də fikir ayrılığı yarandıqda öz istəyini geri plana keçirərək hamını razı salmağa çalışır.
Balıqlar
Həssaslığı və güclü empatiya hissi ilə seçilən Balıqlar başqalarının kədərinə biganə qala bilmir. Kimisə incitməkdən çəkinən bu bürcün nümayəndələri bəzən öz planlarını dəyişir, hətta istəklərindən tamamilə imtina edirlər. «Yox» deməkdə çətinlik çəkmələri isə onların öz ehtiyaclarını arxa plana atmasına səbəb olur.


