YapiKredi Müraciət Forması
Kriminal

88 yaşlı qadın döyülərək qətlə yetirildi - Bacısı oğlu saxlanıldı

88 yaşlı qadın döyülərək qətlə yetirildi - Bacısı oğlu saxlanıldı

Gəncədə kişi yaşlı xalasını öldürməkdə şübhəli bilinir.

Hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1938-ci il təvəllüdlü Gülsüm Əliyevanın yaşadığı ünvanda ölməsi müəyyən edilib.

Aparılan istintaq tədbirləri ilə müəyyən olunub ki, 88 yaşlı qadın bacısı oğlu, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov tərəfindən döyülərək qətlə yetirilib.

Polisin keçirdiyi tədbirlər nəticəsində 59 yaşlı Ə. Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.(qafqazinfo.az)

NE
Nihadə Eyyubova