“Gələn ildən kirayə gəlirlərinə 10 faiz vergi tətbiqi Azərbaycanın kirayə bazarında mühüm dəyişikliklər yaradacaq. Bu qərar ilk növbədə bazarın şəffaflaşdırılması və qeyri-rəsmi icarə münasibətlərinin azaldılması məqsədi daşıyır”.
Bu sözləri əmlak eksperti Rəşad Quliyev Demokrat.az-a açıqlamasında bildirib.
Ekspert deyib ki, uzun illərdir bir çox ev sahibi kirayə gəlirlərini qeydiyyatsız şəkildə əldə edir və dövlətə vergi ödəmir:
“Yeni vergi qaydası bu vəziyyəti dəyişdirərək daha rəsmi və hüquqi münasibətlərin formalaşmasına gətirib çıxaracaq. Lakin qısamüddətli dövrdə bu addım kirayə qiymətlərinin artımına səbəb ola bilər. Çünki ev sahibləri ödəyəcəkləri 10 faiz vergini kompensasiya etmək üçün kirayə məbləğinə əlavə etməyə çalışacaqlar. Xüsusilə Bakı və digər iri şəhərlərdə icarə qiymətləri 5–10 faiz arası bahalaşa bilər. Bu isə tələbələr və gənc ailələr üçün əlavə maddi yük yaradacaq”.
O əlavə edib ki, bəzi ev sahibləri bu vergidən yayınmaq üçün kirayəni yenə də qeyri-rəsmi saxlamağa cəhd göstərə bilər:
“Buna görə də verginin tətbiqi ilə yanaşı nəzarət və hesabat mexanizmlərinin də gücləndirilməsi vacibdir. Uzunmüddətli baxımdan bu addım bazarın daha sabit və şəffaf şəkildə formalaşmasına təkan verəcək. Dövlət üçün əlavə büdcə gəliri, kirayəçilər üçün isə daha hüquqi və təhlükəsiz icarə münasibətləri təmin olunacaq. Ümumilikdə 10 faiz vergi qısamüddətli çətinliklər yaratsa da, uzunmüddətli perspektivdə bazar nizamını gücləndirəcək”.
Leyla Turan
Demokrat.az