Onkoloji xəstəliyə tutulmuş şəxslərin müalicəsi üçün 65,6 milyon manat ayrılacaq

GÜNDƏM 24 oktyabr 2025, 00:27
Onkoloji xəstəliyə tutulmuş şəxslərin müalicəsi və reabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olan tələbatın ödənilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə gələn il üçün ümumilikdə 65,6 milyon manat vəsait ayrılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub.

Sənədə əsasən, ayrılan vəsaitin 64,1 milyon manatı Milli Onkologiya Mərkəzinə, 1,5 milyon manatı isə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası üçün nəzərdə tutulub.

Bu göstərici 2025-ci illə müqayisədə 5,2 milyon manat və ya 8,6 faiz çoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2025, 00:13
Top