Pezeşkian Türkiyəni nümunə göstərib etiraz etdi: "Onların nefti-qazı yoxdur, amma..."

DÜNYA 24 oktyabr 2025, 11:51
İran prezidenti Məsud Pezeşkian ölkəsinin iqtisadi vəziyyəti ilə bağlı kəskin açıqlama verib. O, İranın zəngin təbii ehtiyatlara sahib olmasına baxmayaraq, vətəndaşların hələ də çətinlik içində yaşadığını bildirib.

Demokrat.az
xəbər verir ki, Pezeşkian Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində ziyalılar və elm adamları ilə görüşdə çıxış edərkən, İran iqtisadiyyatının neftdən asılılığını tənqid edib:

"Türkiyənin nefti və qazı yoxdur. Yaponiya və Koreyanın da yoxdur. Onlar neft alırlar, amma həyat səviyyəsi bizdən daha yaxşıdır. Bizim neftimiz və qazımız var, amma acıq və mübarizə aparırıq. Problem bizdədir".

Prezident qeyd edib ki, indiyədək ölkə iqtisadiyyatı əsasən benzin, neft və qaz satışına söykənib və bu model artıq effektiv deyil. O, İranın dayanıqlı inkişaf üçün daxili islahatlara ehtiyac duyduğunu vurğulayıb.

Pezeşkian həmçinin yanacaq qiymətlərinin artırılmasının qaçılmaz olduğunu, lakin bu prosesin diqqətlə planlaşdırılmalı olduğunu bildirib:

"Benzin qiymətinin artırılmasının vacibliyinə şübhə yoxdur. Lakin bu, tələsik qərarlarla həyata keçirilə bilməz. Minlərlə dəyişən nəzərə alınmalı və düzgün plan hazırlanmalıdır".

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top