Meksikanın Halisko ştatında içində insan qalıqları olan 48 kisə aşkar edilib.
Demokrat.az xəbər verir ki, bu barədə yerli “Tribuna de México” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, ərazinin böyüklüyü səbəbindən qazıntı işlərinə ekskavatorlar cəlb olunub. Prokurorluq yeni cəsəd parçalarının aşkar edilə biləcəyini açıqlayıb.
Qeyd edək ki, ilkin olaraq ərazidə insan qalıqları ilə dolu 29 kisə tapılmışdı. Mütəxəssislər artıq bir neçə həftədir ki, qazıntı işləri aparırlar. Cəsədlərin kimlərə məxsus olduğunu və onların ölüm səbəblərini müəyyən etmək üçün qalıqlar Məhkəmə Ekspertizası İnstitutuna təhvil verilib.