UEFA Avropa Liqasının üçüncü həftəsində keçirilən "Fənərbağça" (Türkiyə) - "Ştutqart" (Almaniya) oyununda maraqlı anlar yaşanıb. Görüşün son dəqiqələrində İsmayıl Yüksek ilə Dəniz Undav arasında gərginlik yaranıb.
Demokrat.az xəbər verir ki, "Ştutqart"ın futbolçusu Dəniz Undav mübahisə zamanı İsmayıl Yüksekə "sus" jesti edib. "Fənərbağça"lı futbolçu isə buna dərhal cavab verərək "Lövhəyə bax. Hesab 1:0-dır. İndi sus" deyib.
Bu anlar qısa müddətdə sosial şəbəkələrdə trend mövzusuna çevrilib.
Azarkeşlər İsmayıl Yüksekin davranışını alqışlayıb və onun olan mübarizə ruhunu yüksək qiymətləndiriblər.
Qeyd edək ki, "Fənərbağça" qarşılaşmanı 1:0 hesabı ilə qazanıb. "Ştutqart"ın hücumçusu Dəniz Undav isə daha əvvəl Almaniya millisinin təklifini "Mən kürdəm" sözləri ilə rədd etdiyini açıqlamışdı.
Jalə
Demokrat.az