ABŞ-ın Oklahoma ştatında təlim uçuşunda iştirak edən Hərbi Hava Qüvvələrinə məxsus "OA-1K Skyraider II" təyyarəsi qəzaya uğrayıb.
Demokrat.az xəbər verir ki, qəza barədə ştatın Milli Qvardiyası "X" sosial şəbəkəsində bildirib.
Məlumata görə, hadisə zamanı təyyarədə iki nəfər olub.
"Bu gün səhər saatlarında Uill Rocers aerodromunda yerləşən 492-ci xüsusi əməliyyatlar qanadına məxsus təyyarə qəzaya uğrayıb. Təyyarədə iki heyət üzvü olub: biri mülki podratçı, digəri isə ABŞ Hərbi Hava Qüvvələrinin hərbi qulluqçusu", - açıqlamada deyilir.
Qeyd olunur ki, təyyarə və heyət üzvləri Oklahoma Milli Qvardiyasına məxsus deyil. Xəsarət alanlar barədə məlumat verilmir.