“Ramiz Mehdiyev ermənilərə işləyirdi” — Sabiq nazir

GÜNDƏM 24 oktyabr 2025, 10:52
Vətəninfo.az-a açıqlama verən sabiq Azərbaycan Respublikasının Xalq Təhsili Naziri (1992-1993), Ali və Orta İxtisas Təhsili Naziri (1993), Milli Məclisin sabiq deputatı (1990-1995) Firudin Cəlilov, Ramiz Mehdiyevin ermənilərlə əlaqələri və onun fəaliyyəti barədə sərt açıqlamalar verib.

Firudin Cəlilov, Ramiz Mehdiyevin Rusiyanın adamı və Moskvaya işləyən biri kimi təqdim edilməsinin doğru olmadığını bildirib. O qeyd edib ki, Mehdiyevin Sovet İttifaqı dövründən Ermənistanla və ermənilərlə əlaqələri yüksək olub: “Ramiz Mehdiyevin həyat yoldaşı ermənidir və bu, onun ermənilərlə əlaqələrinin mənbəyi idi. Müstəqillik dövründə isə Mehdiyevin ermənilərlə əlaqələri əsasən Rusiya üzərindən qurulurdu.”

Sabiq nazir, həmçinin, Ramiz Mehdiyevin Azərbaycan xalqına və dövlətinə qarşı etdiyi xəyanətləri vurğulayaraq, bu məsələnin hərtərəfli araşdırılmasının vacib olduğunu bildirib: “Ramiz Mehdiyevin əmlakı əlindən alınmalı, o, həbs olunmalıdır. Onun Azərbaycan  elminə, mədəniyyətinə və dövlətçiliyinə vurduğu ağır zərbələr gün üzünə çıxarılmalıdır. Mehdiyev heç vaxt xalqımıza və dövlətimizə olan nifrətini gizlətməyib.”

Firudin Cəlilov əlavə edib ki, Ramiz Mehdiyevin birbaşa göstərişi ilə müstəqillik aktına imza atan millət vəkillərinə qarşı divan tutulub: “Ramiz Mehdiyev, öz fəaliyyəti ilə ölkə üçün fəlakət ocağına çevrilib. Onun nəzarətində olan  bütün işlərin icrasında  inkişaf olmayıb. Çünki o, Ermənistanın göstərişlərini icra edirdi. İstintaq, onun Ermənistanla əlaqələrini də diqqətlə araşdırmalıdır.”

Firudin Cəlilov, Ramiz Mehdiyevin Azərbaycan dövlətçiliyinə vurduğu zərərləri və bu məsələlərə qarşı lazımi hüquqi addımların atılmasını tələb edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top