Gənc ofisiant bu şadlıq sarayında ölübmüş

KRİMİNAL 24 oktyabr 2025, 11:29
Ötən gün Bakıda 19 yaşlı oğlanın meyitinin tapılması ilə bağlı məlumat vermişdik.

Demokrat.az xəbər verir ki, hadisə “Şərq Saray” şadlıq sarayında baş veribmiş.

Mərhum Nurlan Əliyevin vəfat edənə qədər Nizami rayonunun Nəsimi küçəsində yerləşən həmin restoranda ofisiant işlədiyi bildirilir. Hadisə də iş yerində qeydə alınıb, onun meyiti asılmış vəziyyətdə aşkarlanıb.

“Şərq Saray”dan saytımıza bildirildi ki, hadisənin adıçəkilən sarayda baş verməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, bu, son günlərdə eyni restoranda baş verən ikinci hadisədir. Elə bu ayın əvvəli də orada 36 yaşlı kişi pilləkənlərdən yıxılıb ölmüşdü.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top