Oğlana qarşı əxlaqsızlıq edən şəxsə 18 il HƏBS

KRİMİNAL 24 oktyabr 2025, 10:58
Lənkəran Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etmədə təqsirləndirilən Cəbrayıl Nəbiyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Demokrat.az Pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü təqsirləndirilən şəxsə 18 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

İttihama görə, 2004-cü il təvəllüdlü Cəbrayıl Nəbiyev 02 iyun 2025-ci il tarixdə, saat 17 radələrində Masallı rayonu ərazisində yaşadığı fərdi yaşayış evində qonşuluqda yaşayan 2013-cü il təvəllüdlü, zərərçəkmiş Samir Salayevin (adı, soyadı şərtidir) qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs azyaşlını müxtəlif bəhanələrlə evinə gətirərək onun köməksiz vəziyyətindən istifadə edib, zor tətbiq etmə hədəsi ilə zərərçəkmiş şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri edib.

Hadisədən sonra Cəbrayıl Nəbiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Qeyd: Cəbrayıl Nəbiyev Masallı Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsi 177.2.3-cü (oğurluq) maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top