Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədovanın ötən gün növbəti məhkəməsi baş tutub.
Demokrat.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Təsir dairəsi" verilişində aparıcı Lalə Azərtaş deyib. O, Təranənin tanınmaz halda olduğunu və xeyli çəki atdığını vurğulayıb. Aparıcı əlavə edib ki, növbəti məhkəmə 2 həftə sonraya təyin olunub:
"Ali məhkmənin iclası oldu. Təranə Səmədova da iclasda iştirak edib. Amma iclas nəticəsiz qaldı və 2 həftə sonra yenidən məsələyə baxılacaq. Lakin Təranədən əsər-əlamət qalmayıb, çox çəki verib. Çox peşmandır və azadlıq eşqi ilə alışıb-yanır. Ona yaxınlaşıb söhbət etmək imkanımız olmadı. Ədalətli iclas idi. İnsan ümidsiz yaşaya bilməz. Suelin başını çiynimə qoyub göz yaşları ilə islatması ümid edirəm ki, hakimin gözündən yayınmayıb. Düzdür, qanun göz yaşlarına güzəştə getmir. Amma iki uşağın gələcəyinin nəzərə alınmasını istəyərdik. Ümid edirəm ki, iki həftə sonra Ali Məhkəmədən gülə-gülə çıxacağıq və Təranə azadlıqda olacaq".
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il azadlıqdan məhrum edilib. Buna səbəb isə T.Səmədovanın qeyri-rəsmi ər-arvad kimi yaşadığı Rasim Həsənovla birgə musiqiçi Abbas Səfərovun fotoşəkillərini əldə edib, onu yaymaqla hədələyib, pul alması olub. A.Səfərov müğənni Rəqsanə İsmayılovadan (hazırda həbsdədir - red.) pul alaraq, şikayət ərizəsini geri götürüb.
Əlavə edək ki, T.Səmədovanın qızı Suelin atası Abbasdır.