Qazla işləyən avtomobillərin təhlükəli tərəfləri — VİDEO

SOSİAL 24 oktyabr 2025, 09:55
Qaradağ rayonu ərazisində "Mercedes" markalı minik avtomobilinin qaz balonunda yanğınla müşayiət olunmayan partlayış baş verib və hadisə nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bəs bu cür bədbəxt hadisələrin qarşısını almaq üçün sürücülər nələrə diqqət etməlidirlər?

Təhlükəsizlik üzrə ekspert Orxan Musayevin sözlərinə görə, bəzi sürücülər qaz balonunun üzərindəki istehsal və son istifadə tarixlərinə fikir vermirlər:

"Halbuki hər bir balonun ömrü məhduddur. Qaz balonlarında metalın yorulması, iç təzyiqin artması və sızma halları zamanla təhlükə yaradır. Xüsusilə də balonun arxa hissəsində paslanma və mexaniki zədələnmə olduqda, təzyiqin düşməsi nəticəsində partlayış riski ciddi dərəcədə yüksəlir. Ümumilikdə qazla işləyən avtomobillər düzgün istismar olunduqda, təhlükəsiz hesab olunur. Amma təhlükəsizlik qaydaları və texniki xidmət intervalına ciddi şəkildə riayət olunmalıdır".

Qeyd edək ki, Qaradağ rayonu ərazisində baş verən partlayışda xəsarət alan 44 yaşlı şəxs sağ ayağın və diz oynağının travması diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

Daha ətraflı Baku TV-nin videomaterialında:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top