“Kilsə revanşistlərini Rusiya dəstəkləyir. Hesablaşma ili o məşhur "X” günü məhz 2026-cı il seçkilərində, yəni may ayında olacaq. Bu soyuq iqlimdə təbiətin verdiyi çətinliklər kimi, siyasi iqlim də soyuq dalğalar yaradacaq. Məncə, indidən bunun təzahürlərini görürük”.
Bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında deyib.
O deyib ki, o dövrə qədər Ermənistan daxilində Azərbaycan və Türkiyənin təsiri daha da artacaq:
“Bunun sübutu kimi Azərbaycanın vasitəsilə Ermənistanın Qazaxıstandan taxıl almasını göstərmək olar. Eyni zamanda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə yönəlik çox ciddi addımların atıldığını müşahidə edirik. Hansı ki, bu, yaxın vaxtlarda sülh müqaviləsinin imzalanması ilə nəticələnə bilər. Digər tərəfdən isə konstitusiya dəyişiklikləri məsələsi gündəmdədir. Ermənistan tərəfi daxili müxalifəti Azərbaycan və Türkiyənin təsiri ilə zəiflədə bilər. Bunun qarşısını almaq üçün Rusiya təsirinin Ermənistana daxil olmasına əngəl yaratmağa çalışır. Gələcək mərhələdə isə Rusiya hərbi qüvvələrinin Ermənistandakı fəaliyyətini məhdudlaşdırmaq niyyəti var. Bütün bu atılan addımlar eyni zamanda əks nəticələr də doğura bilər. Təhdidləri artırar və nəticədə hesablaşma dövrünə yəni 2026-cı ilə gəlib çıxar”.
Leyla Turan
Demokrat.az