Abşeron rayonunda 1987-ci il təvəllüdlü Tahir ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı sevgi münasibətində olduğu Məhbubəyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 2-də baş verib. Şamaxı rayon sakini, 1987-ci il təvəllüdlü Tahir həmin gün gecə saat 24 radələrində qeyri-rəsmi ər-arvad münasibətində olduğu tanışı Məhbubənin evə gec gəlməsinə görə əsəbiləşib.
Onun qadına irad bildirərkən tərəflər arasında həmin səbəbdən şəxsi münasibətlər zəminində yaranmış narazılıq üstündə mübahisə baş verib. Həmin mübahisə əsnasında qadının üzərinə hücum edib, qəsdən əl, yumruq zərbələri ilə onun çənə nahiyəsinə vurub.
Daha sonra əli ilə saçından tutaraq yerə yıxıb, artıq yerə yıxdığı zərərçəkmiş şəxsin alın, qol və bədəninin müxtəlif nahiyələrinə təpiklə ardıcıl zərbələr vurub.
Hadisəni törədən Tahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, həyat yoldaşı Səidə ilə birgə nikahdan olan 3 azyaşlı övladları ilə birlikdə yaşayır: “Eyni zamanda kirayə tutduğum mənzildə yaşayan Məhbubə ilə 2024-cü ilin yanvar ayından qeyri-rəsmi ər-arvad münasibətində olmuşam. Onun yaşaması üçün kirayə tutduğum ünvana həftədə bir-iki dəfə gedib-gələrək, maddi ehtiyaclarını qarşılayıram. Mənim Məhbubə ilə heç bir nikahım və övladım yoxdur. Onunla həmişə normal münasibətim olub. Aramızda heç bir ədavət və düşmənçilik olmayıb. Məhbubə Nəsimi rayonu “Şamaxinka” adlanan ərazidə çay evində ofisiant işlədiyindən bəzi vaxtlarda iş ilə əlaqədar yaşadığı evə gec gəlir”.
Təqsirləndirilən şəxs qeyd edib ki, aprelin 2-də, saat 22 radələrində Məhbubənin yaşadığı evə gəlib: “Həmin vaxt Məhbubə evdə olmayıb. Saat təxminən 24 radələrində Məhbubə evə gəldiyi üçün ona evə gec gəlməsinə görə əsəbləşdiyimdən və söhbət zamanı cavab qaytararaq “özüm bilərəm nə vaxt gələrəm!” dediyi üçün aramızda mübahisə baş verdi. Mübahisə zamanı Məhbubənin üzərinə getdim və yumruqla sol çənə nahiyəsinə vurdum. Saçından tutaraq yerə yıxdıqdan sonra yerdə də sol alın nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə, eyni zamanda qoluna təpiklə bir neçə dəfə vurdum. Onu döydükdən sonra evdən getdim”.
İş üzrə zərərçəkmiş Məhbubənin sözlərinə görə, təqsirləndirilən şəxsin təxminən 13-14 ildir tanısa da, 2024-cü ilin yanvar ayından onunla qeyri-rəsmi ər-arvad kimi kirayə tutduğu fərdi yaşayış evində yaşayır: “Bizim rəsmi nikahımız və övladımız yoxdur. Mənim Tahir ilə həmişə normal münasibətimiz olub. Aramızda heç bir ədavət və düşmənçilik olmayıb. “Şamaxinka” adlanan ərazidə çay evində ofisiant işlədiyimdən bəzi vaxtlarda iş ilə əlaqədar evə gec gəlirəm”.
Zərərçəkmiş qeyd edib ki, aprelin 2-də, gecə saat 24 radələrində yaşadığı kirayə tutuduğu evə gecə gəldiyindən təqsirləndirilən şəxs ona buna görə əsəbləşib: “Mən də Tahirə cavab qaytararaq mübahisə etməyə başladım. Buna görə də Tahir yumruqla sol çənə nahiyəmə vurdu. Sonra saçımdan tutaraq yerə yıxdı, yerdə də sol alın nahiyəmə sinə və bədənimin müxtəlif nahiyələrinə, eyni zamanda qoluma təpiklə bir neçə dəfə vurub. Məni döydükdən sonra evdən harasa getdi. Bundan sonra baş verən olayla əvvəl Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə, daha sonra isə Abşeron Rayon Polis İdarəsinə müraciət etdim”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.
Fariz Məlikli
Demokrat.az