“Son illərdə ürək xəstəlikləri və ölüm hallarının artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu təkcə stress və genetik meyllər deyil, qida vərdişləri də ürək sağlamlığı üçün həlledici rol oynayır. Bazarda satılan bəzi qadağan olunmuş yağlar və saxta ərzaqlar uzun müddətdə xolesterol səviyyəsini yüksəldir və damar tıxanmasına səbəb olur”.
Bunu kardioloq Rauf Əliyev Demokrat.az-a açıqlamasında deyib.
Həkim əlavə edib ki, belə məhsulların tərkibində sağlamlıq üçün zərərli trans yağlar, süni qatqılar və konservantlar da mövcuddur:
“Bu da ürək ritminə və qan təzyiqinə mənfi təsir göstərir. İnsanlar bu məhsulları fərq etmədən istifadə etdikdə, infarkt və digər xroniki ürək-damar xəstəlikləri riski artır. Keyfiyyətsiz məhsulların açıq şəkildə satılması isə riskləri daha da böyüdür. İnsanlar etiketləri diqqətlə oxusun, trans yağlardan və süni qatqılardan uzaq dursun. Bu məhsulların davamlı qəbulu qan təzyiqinin yüksəlməsinə, iltihabi proseslərin artmasına və ürək ritminin pozulmasına gətirib çıxara bilər. Emal olunmuş və hazır qidalar həmçinin piylənmə, metabolik sindrom və tip 2 diabet riskini yüksəldir ki, bunlar da ürək xəstəliklərinə təkan verir. Təzə tərəvəz, meyvə və balanslı qidalanma ürək-damar xəstəliklərinin qarşısını almaqda əsas rol oynayır. Mütəmadi həkim müayinəsi, qan təzyiqi və xolesterol səviyyəsinin yoxlanması da həyati əhəmiyyət daşıyır”.
Leyla Turan
Demokrat.az