"Hibrid avtomobillərin qiyməti artacaq" — AÇIQLAMA

GÜNDƏM 24 oktyabr 2025, 18:02
"Hibrid avtomobillərin qiyməti ən azı 20% artacaq və bu güzəştlərin ləğv olunması düzgün deyil. Çünki hibrid avtomobillər, ən azından Azərbaycanda köhnəlmiş avtomobil parkının yenilənməsində və ekoloji təmiz avtomobillərin bazara çıxarılmasında önəmli rol oynayır".

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

"Hazırda Azərbaycanda avtoparkın təxminən 60%-i 20 yaşdan yuxarı, köhnə avtomobillərdən ibarətdir. Bu həm təhlükəsizlik baxımından problem yaradır — qəzalarda ölən və yaralananların sayı çox olur, həm də ekoloji problemlərə səbəb olur.

Ona görə də hibrid və elektrik avtomobillərinə tətbiq olunan güzəştlərin ləğvi düzgün deyil. Əgər güzəştlər ləğv olunacaqsa belə, hibrid avtomobillərin qiymətinin ən azı 20% artacağı nəzərə alınmalıdır".

Qeyd edək ki, yeni ildən etibarən hibrid avromobillərin ölkəmizə gətirilməsi üçün tətbiq olunan güzəştlər ləğv olunacaq. 


Əfsanə Kamal

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2025, 19:09
24 oktyabr 2025, 17:48
Top