Müəllimlərə əlavə vəsait bölgələrə uyğun olaraq verilməlidir — Deputatdan TƏKLİF

GÜNDƏM 24 oktyabr 2025, 17:46
"Bu çox önəmli bir qərardır. Məktəblərinə gedən müəllimləri həvəsləndirmək məqsədilə belə bir vəsaitin ayrılması olduqca vacibdir. Bu, müəllimlərin motivasiyasını artıracaq və onları bölgələrdə işləməyə həvəsləndirəcək".

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib. 

O bildirib ki, eynu zamanda, ümumi maaş sisteminə baxmaq və bölgələri kateqoriyalaşdırmaq lazımdır:

"Vəsait bir dəfəlik deyil, bölgələr üzrə davamlı artım fonunda təmin edilməlidir.Məsələn, ölkəmizin müxtəlif bölgələrinin coğrafiyası və infrastruktur imkanları fərqlidir. Lerikin ucqar kəndi ilə Masallının kəndi, Zərdabın kəndi və digər bölgələr fərqli şəraitə malikdir. Buna görə də vəsaitin bölgələr üzrə kateqoriyalaşdırılması, yəni hər yer üçün ayrıca həcm təyin olunması daha doğru və uğurlu bir qərar olar".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2025, 19:09
24 oktyabr 2025, 17:48
Top