Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsi adından Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruca 50 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlanıb.
Bu barədə Milli.Az-a AQC İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Orxan Əli məlumat verib.
Komitə sədri Fazil Mustafanın imzası ilə göndərilən təbrik məktubunda Vüqar Orucun fəaliyyətinə toxunulub. Bildirilib ki, onun vətəndaş cəmiyyəti institutlarının formalaşması və inkişafı istiqamətində hələ gənc yaşlarından göstərdiyi çalışqanlıq, xüsusilə gənclər arasında ictimai fəallığın artması, milli-mənəvi dəyərlər ruhunda yetişmələri baxımından fəaliyyəti bu gün də xatırlanır.
Təbrik məktubunda həmçinin vurğulanıb ki, Vüqar Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbəri kimi bu sahədə fəaliyyət göstərən mütəxəssislərin peşəkarlığının artırılmasına, eləcə də vətəndaş cəmiyyətinin iqtisadi sferadakı iştirakının genişlənməsinə mühüm töhfələr verib.
"Sizin uzun illər ərzində göstərdiyiniz peşəkar fəaliyyət, ölkəmizdə qiymətləndirmə sahəsinin formalaşması və şəffaf iqtisadi münasibətlərin inkişafı istiqamətindəki səyləriniz təqdirəlayiqdir. Sizə uzun və mənalı ömür, ailə səadəti və işlərinizdə yeni uğurlar diləyirik", - deyə məktubda qeyd olunub.