Əli Əsədov sərəncam imzaladı

SİYASƏT 24 oktyabr 2025, 15:07
Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) turizm paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan Dövlət Turizm Agentliyi müəyyən edilib.

Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılmış vəsaitlər və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdiriləcək.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top