“Son illərdə Bakının ətraf qəsəbələrində və Xırdalan şəhərində siniflərdə şagird sıxlığının artması təhsil sisteminin əsas problemlərindən birinə çevrilib. Bir sinifdə 40–60 şagirdin olması pedaqoji baxımdan yolverilməz hal sayılır. Belə şəraitdə müəllim hər bir uşağa fərdi yanaşa bilmir, bu isə həm dərsin keyfiyyətinə, həm də uşaqların psixoloji durumuna mənfi təsir göstərir”.
Bunu təhsil eksperti Əli Əhmədov Demokrat.az-a açıqlamasında deyib.
Ekspert diqqətə çatdırıb ki, təhsil prosesi interaktiv və şagird yönümlü olmalı olduğu halda, sıx siniflərdə bu model praktik olaraq mümkünsüzləşir:
“Beynəlxalq təcrübəyə görə, ibtidai siniflərdə optimal şagird sayı 20–25, yuxarı siniflərdə isə 25–30 nəfər arasında olmalıdır. Bu hədd aşdıqda nə müəllim dərs prosesini effektiv idarə edə bilir, nə də şagirdlər bilikləri mənimsəyə bilirlər. Həmçinin sıx siniflərdə intizam problemləri, səs-küy və diqqət dağınıqlığı halları daha çox müşahidə olunur. Belə vəziyyətin yaranmasının əsas səbəbləri arasında əhalinin Bakıətrafı ərazilərə sürətli miqrasiyası və yeni məktəblərin inşasının bu templə ayaqlaşmaması dayanır. Təhsil Nazirliyi bu problemin həllində yeni məktəb binalarının tikintisini, iki növbəli sistemin mərhələli şəkildə aradan qaldırılmasını və siniflərin bərabər paylanmasını prioritet etməlidir. Əks halda, şagird sıxlığı həm tədris keyfiyyətini, həm də ümumilikdə təhsil sisteminə olan etimadı zədələyəcək”.
Leyla Turan
Demokrat.az