"İnfarkt ürəyin kəskin işemiya xəstəliyidir. Əgər kəskin proses beyinə təsir edirsə, bu insult kimi ağır fəsadlarla nəticələnə bilər. Belə hallarda dərhal müdaxilə tələb olunur".
Bu sözləri Demokrat.az-a açıqlamasında professor Adil Qeybulla deyib.
O bildirib ki, kəskin və dözülməz ürək ağrısı müşahidə olunarsa, həmin şəxs panikaya qapılmadan dərhal yardım almalıdır:
"Evdə köməkçi varsa, təcili yardıma zəng vurmaq mütləqdir. Eyni zamanda, əgər əl altında nitroqliserin varsa, onu dil altına qoymaq, aspirini qəbul etmək və həkimin gəlməsini gözləmək tövsiyə olunur.
Ümumiyyətlə, infarkt ürəyin kəskin işemiya xəstəliyi hesab olunur, ağır və fəsadlı situasiyalara yol aça bilər. Ona görə vaxtında və adekvat tibbi yardım həyati əhəmiyyət daşıyır".
Əfsanə Kamal
Demokrat.az