İdman

Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar - FOTOLAR

Polşanın Bielsko-Biala şəhərində kadetlər, gənclər və U-21 yaş qrupu arasında karate üzrə dünya çempionatı başa çatıb.

Demokrat.az xəbər verir ki, oktyabrın 14-18-də keçirilən WKF-nin 14-cü dünya çempionatında Azərbaycan milli komandası 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

114 ölkədən 2000-dən çox idmançının mübarizə apardığı mundialda Şamo Kamilov (U-16, +70 kiloqram) bütün rəqiblərini qabaqlayaraq dünya çempionu olub. Vüsal Qənbərov (U-18, 55 kiloqram) gümüş, Rəsul Qənbərli (U-16, 52 kiloqram), Nurlan Əlimuradov (U-16, 70 kiloqram) və Rəşid Süleymanov (U-21, 75 kiloqram) isə bürünc medala sahib çıxıblar.

Azərbaycan nümayəndə heyətinə Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadov, baş məşqçilər Elnur İbrahim və Anar Allahverdiyev, köməkçi məşqçi Coşqun Sadiqov və kata üzrə məşqçi köməkçisi İsmayıl Quliyev rəhbərlik ediblər.

Dünya çempionatında Azərbaycan beynəlxalq hakimlik sahəsində də təmsil olunub. Beynəlxalq dərəcəli hakimlərdən Cahangir Babayev tatami menecerinin köməkçisi, Vüqar Kərimov isə apellyasiya hakimi vəzifəsini yerinə yetirib.

Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar - FOTOLAR
Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar - FOTOLAR
Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar - FOTOLAR
Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar - FOTOLAR
Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar - FOTOLAR
Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar - FOTOLAR
Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar - FOTOLAR
Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar - FOTOLAR
Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar - FOTOLAR
1 / 8

B
Qeyd edilməyib