"İnsanlar qrip peyvəndini hər il, xüsusilə oktyabr-noyabr aylarında vurdursunlar" — AÇIQLAMA

GÜNDƏM 24 oktyabr 2025, 17:41
“Payız-qış mövsümü tənəffüs yolu infeksiyalarının artdığı ən riskli dövrlərdən biridir. Bu mövsümdə ən çox yayılan viruslara qrip virusları (A və B tipləri), respirator sinsitial virus (RSV), adenoviruslar, rinoviruslar və koronavirusların mövsümi tipləri daxildir”.

Bunu Demokrat.az-a açıqlamasında infeksionist həkim Nigar Əliyeva deyib.

O əlavə edib ki, hava soyuduqca və insanlar qapalı, az havalandırılan məkanlarda daha çox olduqca yoluxma riski artır:

“Qrip virusu xüsusilə immun sistemi zəif, yaşlı və xroniki xəstəliyi olan şəxslərdə ağırlaşmalara səbəb ola bilər. Qrip peyvəndi bu dövrdə ən effektiv qoruyucu vasitə sayılır və onun vaxtında vurulması xəstəliyin ağır keçməsinin qarşısını alır. Qrip peyvəndi COVID-19, pnevmoniya və ya tetanos kimi digər peyvəndlərlə eyni vaxtda vurula bilər. Qrip vaksini yalnız qrip virusuna qarşı spesifik qoruma yaradır. Digər respirator viruslara qarşı birbaşa təsir göstərmir. Lakin immun sistemini stimullaşdırdığı üçün bəzi hallarda digər virus infeksiyalarının da yüngül keçməsinə dolayı təsir göstərə bilər. İnsanlar qrip peyvəndini hər il, xüsusilə oktyabr-noyabr aylarında vurdursunlar. Soyuq aylarda maskadan istifadə, əl gigiyenası və qapalı mühitlərin havalandırılması kimi qoruyucu tədbirləri unutmasınlar”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2025, 19:09
24 oktyabr 2025, 17:48
Top