“Qarabağ”ın oyununda mübahisəli epizod — Penalti idi? (VİDEO)

İDMAN 22 oktyabr 2025, 23:51

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının üçüncü turu çərçivəsində bu gün “Qarabağ” İspaniyada “Atletik Bilbao”nun qonağı olub.

“Qafqazinfo”nun məlumatına görə, “San Mames” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun ən çox müzakirə olunan epizodu isə 73-cü dəqiqədə yaşanıb.

Belə ki, “Atletik Bilbao”nun müdafiəçisi Yuri Berçiçe cərimə meydançasında “Qarabağ”ın futbolçusu Mateus Silvaya qarşı kobud oynayıb. Ağdam təmsilçisinin üzvləri həmin epizoda etiraz ediblər. Lakin Xorvatiyadan olan hakim İqor Payaç penalti təyin etməyib. 

Həmin epizodu təqdim edirik:

 


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2025, 21:44
Top