İşçilərinə maşın yuduzduran Arifə Məmmədovaya yeni vəzifə verildi — FOTOLAR

SOSİAL 22 oktyabr 2025, 23:39
240 nömrəli tam orta məktəbin direktor müavini Arifə Məmmədova direktor təyin olunub. 

Demokrat.az xəbər verir ki,  milli.Az-ın əldə etdiyi məlumata görə, Arifə Məmmədova dünən 240 nömrəli tam orta məktəbdəki işindən çıxıb və paytaxtda seçilən təhsil müəssisələrindən olan 20 nömrəli məktəb-liseyə direktor təyin olunub.

Xatırladaq ki, Arifə Məmmədovanın adı ictimaiyyətə yad deyil. Bakının 240 nömrəli tam orta məktəbinin direktoru Esmira Məmmədova və direktor müavini Arifə Məmmədova öz maşınlarını məktəbin işçilərinə yudurtmaqla gündəmə gəlmişdilər.

Fotoda Arifə Məmmədova



Belə ki, məktəbin direktoru Esmira Məmmədova və direktor müavini Arifə Məmmədovaya məxsus olduğu bildirilən 77-PV-515 və 77-YG-944 dövlət nömrə nişanlı nəqliyyat vasitələri məktəbin ərazisində saxlanılıb və məktəbin texniki işçiləri tərəfindən yuyulması ilə bağlı görüntülər <a href="https://savashmedia.az/iscilerine-masin-yuduzduran-arife-memmedovaya-yeni-vezife-verildi-fotolar" target="_blank">mediada</a> yayılmışdı.

İddialara əsasən, Arifə Məmmədova məktəbdəki vəzifəsindən şəxsi məqsədlər üçün istifadə edib. Onun dərs saatlarını digər müəllimlər və laboratoriya əməkdaşlarına ötürərək dərsdən yayınması, eyni zamanda məktəbin işçilərinə şəxsi işlər gördürməsi ilə bağlı görüntülər də ortaya çıxıb.



Daha öncə Şəmkir rayonunda çalışdığı dövrdə də Arifə Məmmədovanın adı qalmaqallı iddialarda hallanıb. 

Sözügedən hal ictimailəşdikdən sonra isə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 240 nömrəli məktəbin həyətində məktəb direktoruna və direktor müavininə məxsus avtomobillərin texniki işçilər tərəfindən yuyulması ilə bağlı məsələ araşdırıldı. Texniki işçilərə maşınını yudurdan Bakı şəhəri 240 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədova işdən çıxarılıb. Direktor müavininə isə hər hansı cəza verilməsi ilə bağlı rəsmi açıqlama olmadı. 

Hazırda isə Arifə Məmmədova 20 nömrəli məktəb-liseyə direktor təyin olunub.

Xatırladaq ki, Bakıda Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin direktoru Esmira Azər qızı Ağayeva ötən ay işdən çıxarılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2025, 21:44
Top