Ehsana sərf olunacaq vəsaitlə yol təmir etdirdilər — Hamı bu addımı alqışlayır (VİDEO)

SOSİAL 23 oktyabr 2025, 00:15

Ağstafada iki qardaş vəfat edən atalarına dəbdəbəli ehsan verməyiblər. Ehsan süfrəsinə sərf olunacaq vəsaitlə yaşadıqları kəndin mərkəzi yolunu təmir etdiriblər.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Aşağı Kəsəmən kəndində yaşayan Mansırovlar ailəsi yola çınqıl tökdürüblər.

Qardaşların fikrincə, atdıqları bu cür nümunəvi addımla həm atalarına ömürlük rəhmət qazanıb, həm də digər sakinlər üçün örnək olacaqlar.

Kənd sakinləri də mərhumun övladlarının gördüyü işi müsbət qarşılayır, təqdirəlayiq hesab edirlər. Onlar da düşünürlər ki, Mansırov qardaşlarının bu addımı artıq ənənəyə çevriləcək.

Qardaşlar kənd qəbiristanlığında da abadlıq işləri görməyi planlaşdırırlar.

Bu cür addımlara artıq ölkənin bir çox yerlərində rast gəlinir və getdikcə geniş vüsət alır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2025, 21:44
Top