"Qarabağ" "Atletik Bilbao" ilə oyuna psixoloji olaraq daha yaxşı vəziyyətdə çıxacaq. Çünki "Qarabağ" iki oyunda iki qələbə qazanıb, rəqin isə iki məğlubiyyət alıb. Psixoloji olaraq bu onlar üçün son şansdır, amma "Qarabağ" üçün itirəcək bir şey yoxdur".
Bunu Demokrat.az-a açıqlamasında tanınmış futbol mütəxəssisi Aslan Kərimov deyib.
O bildirib ki, "Atletik" sabah ev sahibi olaraq hücumda oynamağa çalışacaq, bu da "Qarabağ" üçün əlverişli şərait yaradacaq:
"Çünki sürətli oyunçulara malikdilər. "Atletik" risk edərək öndə oynayır, bu zaman mərkəz müdafiəçiləri səhvlərə yol verir. Hətta qırmızı vərəqə alma ehtimalları var.
Andrade və Zubir sürətli oyunçulardır, rəqib müdafiəçiləri üçün başağrısı olacaqlar.
"Atletik"in əsas silahı Niko Vilyams zədəli idi, son bir neçə həftədir ki, məşqə çıxır, "Qarabağ"a qarşı yəqin ki, oynayacaq, amma o formada deyil. Bu da bizim üçün bir üstünlükdür.
Düşünürəm ki, "Atletik"dən minimum 1 xal ala bilərik. Rəqin öndə oynasa, "Qarabağ"ın qol imkanları olacaq. İnanıram ki, 3 xal qazanacağıq”.
Cavidan Mirzəzadə
Demokrat.az